Türkiyənin Van vilayətinin Edremit rayonunda keçirilən tədbirdə qida zəhərlənməsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Yerli Məhsullar Həftəsi münasibətilə Mehmet Akif İnan ibtidai məktəbində təşkil olunan proqram zamanı təqdim olunan yeməkdən sonra 23 şagirddə narahatlıq yaranıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
İlkin tibbi müdaxilədən sonra şagirdlər ürəkbulanma və qusma şikayətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər