ABŞ Əliyevlə Sarkisyanın görüşü ilə bağlı- - Məlumat yaydı

abs-eliyevle-sarkisyanin-gorusu-ile-bagli-
Oxunma sayı: 3029


ABŞ Dövlət Departamenti Uelsdə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan və ABŞ-ın dövlət katibi Con Kerrinin iştirakı ilə baş tutan üçtərəfli görüş barədə məlumat yayıb.

 “Qafqazinfo” xəbər verir ki, dövlət katibi bu yaxınlarda cəbhənin təmas xəttindəki gərginliklə bağlı narahatlığını ifadə edib:

“Birləşmiş Ştatlar hesab edir ki, hərbi əməliyyatların dayandırılması və Ermənistanla Azərbaycan arasında əlaqələrin normallaşması hər iki ölkənin xalqlarına sülh və inkişaf gətirəcək və Cənubi Qafqazda stabilliyə təsir göstərəcək. Bu məqsədlə dövlət katibi Con Kerri prezidentləri atəşkəsin qorunmasına ciddi nəzarət etməyə və öz cəmiyyətlərini sülhə hazırlamaq üçün müvafiq addımlar atmağa çağırıb”.

Məlumatda daha sonra qeyd olunur ki, Con Kerri prezidentləri tərəflərə sülhə və uzunmüddətli razılığa nail olmaqda yardım etməyə hazır olan ATƏT-in Minsk qrupu həmsədrləri ilə işləməyə səsləyib.