ABŞ günlər sonra etiraf etdi - “34 hərbçimiz yaralanıb”

abs-gunler-sonra-etiraf-etdi
Oxunma sayı: 1831

İranın yanvarın 8-də ABŞ-ın İraqdakı hərbi bazasına 15 raket zərbəsi nəticəsində 34 amerikalı əsgər yaralanıb.

“Qafqazinfo” xarici KİV-ə isitnadən xəbər verir ki, bu barədə məlumatı günlər sonra Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffman açıqlayıb. Onun sözlərinə görə, 8 hərbçi hazırda ABŞ-da, 9-u isə Almaniyada  xəstəxanadadır. Digər hərbçilər isə müalicədən sonra İraqdakı hərbi hissələrinə qayıdıblar.

Xatırladaq ki, daha əvvəl Prezident Donald Tramp açıqlaması zamanı raket zərbələri nəticəsində heç bir əsgərin yaralanmadığını bildirmişdi.