ABŞ İranın mümkün hücumuna qarşı Səudiyyədə hərbi baza axtarır

abs-iranin-mumkun-hucumuna-qarsi-seudiyyede-herbi-baza-axtarir
Oxunma sayı: 1096

ABŞ İranın mümkün hücumuna qarşı Səudiyyə Ərəbistanında yeni hərbi baza axtarmağa başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Qüvvələri (CENTCOM) komandiri, general Kennet Makkenzi açıqlamasında bildirib.

O, ABŞ ordusunun son zamanlarda İranın ballistik raket hücumları ehtimalına qarşı Səudiyyə Ərəbistanındakı alternativ bazalardan istifadə etdiyini söyləyib. 

Hərbi texnikaların köçürülə biləcəyi yeni yer axtardıqlarını qeyd edən Makkenzi İranın mümkün hücumundan sonra bu bazaların Qətər və Küveytdəki bazalara alternativ ola biləcəyini deyib.