ABŞ-nin Yaxın Şərqdəki orduları atəşə tutulub

abs-nin-yaxin-serqdeki-ordulari-atese-tutulub
Oxunma sayı: 1008

ABŞ-nin İraq və Suriyadakı qoşunları raket və pilotsuz uçuş aparatları ilə atəşə tutulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb. 

Məlumata görə, ABŞ qoşunları və beynəlxalq qüvvələr Suriyanın şimal-şərqində iki hissədə, eləcə də İraqın şimalında Ərbil hava limanı yaxınlığında atəşə tutulub. 

Bildirilir ki, hadisə ABŞ tərəfindən “Hizbullah” qruplaşmasına zərbə endirildikdən bir gün sonra baş verib.