“ABŞ Rusiyaya təzyiq göstərməyə davam edəcək” - Ağ Ev

abs-rusiyaya-tezyiq-gostermeye-davam-edecek
Oxunma sayı: 1455

“Prezidentin (ABŞ Prezidenti Co Bayden-red.) dünən axşam dediyi kimi, şübhəsiz ki, Rusiya öz hərəkətlərinə görə məsuliyyətə cəlb olunacaq. Yaxın vaxtlarda bu barədə daha ətraflı məlumat verəcəyik”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Cen Psaki keçirdiyi brifinqdə deyib.

“Biz son dörd ildə olduğu kimi (söhbət 45-ci Prezident Donald Trampın administrasiyasından gedir-red.) digər yollar axtarmaq niyyətində deyilik və biz onlara təzyiq göstərməyə davam edəcəyik”, - deyə Psaki vurğulayıb.