ABŞ Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini istəyir

abs-tehlukesizlik-surasinin-tecili-iclasinin-kecirilmesini-isteyir
Oxunma sayı: 1182

ABŞ, Yaponiya və Cənubi Koreya KXDR-in növbəti raket sınağından sonra BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın BMT yanında daimi nümayəndəliyi məlumat yayıb.

Qeyd edək ki, hazırda İtaliya BMT Təhlükəsizlik Şurasının sədridir.

“ABŞ, Yaponiya və Koreya Respublikası Təhlükəsizlik Şurasının təcili görüşünün keçirilməsini istədilər. Biz iclasının keçirilməsini iş qrafikinə daxil edilməsi üzərində işləyirik”,-deyə bildirilib.