Abşeronda Heydər Əliyevin abidəsi ziyarət edildi - Foto

abseronda-heyder-eliyevin-abidesi-ziyaret-edildi
Oxunma sayı: 1776

Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü Abşeronda da anılıb.

“Qafqazinfo” xəbər verir ki, Xırdalan şəhər H.Əliyev adına mədəniyyət və istirahət parkında baş tutan anım mərasimində rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, idarə və müəssisələrin kollektivləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri və minlərlə abşeronlu dahi şəxsiyyətin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər.

Anım mərasiminin iştirakçıları Heydər Əliyev Mərkəzində onun həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar.

Mərasimin sonunda anım günü ilə əlaqədar ehsan süfrəsi açılıb.

Heydər Əliyevin xatirəsini əziz tutan abşeronlular gün ərzində onun abidəsini ziyarət edib, önünə gül-çiçək düzüblər.