“AccessBank”dan yaşı 65 və daha yuxarı olan müştərilərə özəl xidmət

“AccessBank”dan yaşı 65 və daha yuxarı olan müştərilərə özəl xidmət
Oxunma sayı: 586

“AccessBank” Nazirlər Kabineti yanında operativ qərargahın 65 yaşdan yuxarı vətəndaşlara dair qəbul etdiyi qərarı nəzərə alaraq,  yaşlı müştərilərə özəl xidmət təklif edir. 

“Qafqazinfo” xəbər verir ki, bank, yaşlı müştərilərinin sağlamlığını düşünərək, onlara effektiv və keyfiyyətli xidmət göstərir. Bunun üçün 65 yaşdan yuxarı müştərilərə məsafədən xidmət təklif olunur. Karantin müddətində yaşlı müştərilərinin əlaqə nömrələrinə məlumatlandırıcı mesajlar göndərilir, 151 məlumat mərkəzi vasitəsilə onları maraqlandıran suallara cavablar verilir.

“AccessBank” 65 və daha yuxarı yaşı olan müştərilərə aşağıdakı xidmətləri təklif edir:

Mövcud əmanətin müddətinin uzadılması və ya  digər valyutaya konvertasiyası

Mövcud kreditin restrukturizasiyası

Öz hesablararası köçürmələr və kommunal ödənişlərin həyata keçirilməsi

Yeni ödəniş kartının sifarişi və kuryer vasitəsilə müştəriyə çatdırılması

Mövcud ödəniş kartının blokdan çıxarılması və bloka salınması

SMS bankçılığın aktivləşdirilməsi

Kart limitinin aradan qaldırılması

PER, FER əməliyyatları

“AccessBank” müştərilərinə pandemiyanın maliyyə nəticələrini minimuma endirmək üçün dəstək olmaqda davam edəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi