Acı bibər ölüm riskini azaldır

aci-biber-olum-riskini-azaldir
Oxunma sayı: 4388

Amerika Kardiologiya Assosiasiyası tərəfindən aparılan araşdırmalara görə, acı bibərdən müntəzəm istifadə etmək ölüm riskini dörddə birə qədər azalda bilir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatçılar bir sıra ölkələrdən olan yarım milyondan çox insanın məlumatlarını təhlil ediblər. Məlum olub ki, rasionlarında daim acı bibər olan insanlarda ürək-damar xəstəliklərindən ölmək ehtimalı 26 faiz, xərçəngdən isə 23 faiz azalır.

Mütəxəssislər hesab edir ki, bibər pərəstişkarları arasında ölüm nisbəti dörddə bir qədər az olur. Ekspertlər bunu acı bibərin tərkibindəki komponentlərinin təsiri ilə əlaqələndirirlər. Bibərdən müntəzəm istifadə oksidant, iltihab və xərçəng şişi əleyhinə səmərəli təsir etməklə yanaşı, qanda qlükoza səviyyəsinin normallaşmasına kömək edir.