“Açıq mikrofon” aksiyası davam edir

aciq-mikrofon-aksiyasi-davam-edir
Oxunma sayı: 1238

Gələn həftə (15-16.05.2023 və 18-19.05.2023 tarixləri) daha 4 rayonda saat 11:00-dan 12:00-a dək “Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, aksiya həftənin 1-ci günü Masallı rayonunda (Heydər Əliyev Mərkəzi), 2-ci günü Biləsuvar rayonunda (Köhnə Amankənd yaşayış massivi), 4-cü günü Lerik rayonunda (Mədəniyyət Mərkəzi), 5-ci günü isə Yardımlı rayonunda (Heydər Əliyev Mərkəzi) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.