ADPU-nun professoru vəfat etdi

adpu-nun-professoru-vefat-etdi
Oxunma sayı: 3866

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, universitetin Riyaziyyat fakültəsinin Riyaziyyat və onun tədrisi texnologiyası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Azadxan Adıgözəlov 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Azadxan Adıgözəlov 1992-ci ildə Azərbaycan pedaqoqu, pedaqogika üzrə elmlər doktoru, 1993-cü ildə professor adlarına layiq görülüb. 2013-cü ildə Almaniyanın Honnover şəhərində Beynəlxalq Təbiət Elmləri Akademiyasının üzvü seçilib və həmin Akademiyanın ordeni ilə təltif olunub.