ADY bugünkü insidentlə bağlı açıqlama yaydı

ady-bugunku-insidentle-bagli-aciqlama-yaydi
Oxunma sayı: 2620

“Bu gün səhər saat 08:15 radələrində Xırdalan-Bakı marşrutu üzrə hərəkət edən 6008 nömrəli elektrik qatarının havalandırma sistemində fasilələr baş verib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

“Bu hadisə və sərnişin sıxlığını aradan qaldırmaqla bağlı atılacaq addımlara dair yaxın saatlarda yeni açıqlama olacaq”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Xırdalan-Bakı istiqamətində hərəkət edən qatarın havalandırma sistemində problem yaranıb, nəticədə sərnişinlərdən birinin vəziyyəti pisləşib.