Ağaoğlunun 37 yaş kiçik sevgilisinin atasından şok açıqlamalar

agaoglunun-37-yas-kicik-sevgilisinin-atasindan-sok-aciqlamalar
Oxunma sayı: 2602


"Qafqazinfo"nun anspress-ə istinadən məlumatına görə, Mesudiyeli Əlinin ötən həftə "Hazal xanım ilə xoşbəxt münasibət yaşayırıq. Ailəsi ilə tanışam, heç bir problemimiz yoxdur" açıqlamasının yalan olduğunu dedi. Qızın atası bu günə qədər heç kimin ona zəng vurub nə icazə aldığını və bu cür münasibətin doğru olmadığını deyib.

"Normal vəziyyətdə mən bu barədə danışmaq istəməzdim, amma açıqlama verməmin əsas səbəbi baş verənlərin digər gənc qızlara və ailələrinə dərs olsun deyə etdim. İstəyirəm ki, mənim qızım ilə eyni yaşda olan gənc xanımlar belə bir münasibətin doğru olmadığını bilsinlər. Aradakı yaş fərqi ilə görüşməyə başlayan cütlük ilk günlərdə xoşbəxt olsalar da daha sonra pis nəticələr ilə ayrılırlar".

Qızını övladlıqdan çıxardığı barədə verilən sualı cavablandıran Cengiz bunun da yalan olduğunu deyib: "Bəli qızım düzgün yolda deyil, amma nə olursa olsun, o mənim övladımdır. İnsan qızını necə rədd edə bilər? Bu yaşa gətirib çıxarmışam, ondan necə əl çəkə bilərəm axı? Nəticədə qızıma sahib çıxmaq məcburiyyətindəyəm. Hiss etdiyim bir hiss var, çarəsizlik", - deyə 23 yaşlı Hazalın atası açıqlama verib.