Ağdamda bıçaqlanma hadisəsi olub.
“Qafqazinfo”nun xəbərinə görə, hadisə rayonun Baharlı qəsəbəsi ərazisində baş verib.
Belə ki, həmyerlilər arasında baş verən mübahisə zamanı Hüseynov Kənan və Hüseynov Elçin adlı qardaşlar bıçaqlanıblar.
Hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini Rüstəmov Sadiq polis əməkdaşları tərəfindən saxlanılıb.
***
Bıçaq xəsarəti alan qardaşlardan Kənan Hüseynov saytımıza bildirib ki, hadisəni törədən Sadiq Rüstəmov qardaşına 12 manat məbləğində pul borclu imiş.
Elə mübahisəyə səbəb də həmin pul olub.
Qeyd edək ki, bıçaqlanma hadisəsi zamanı xəsarət alan qardaşların müalicəsi Ağdam Rayon Mərkəzi xəstəxanasında davam etdirilir.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər