Ağır qəzada 5 nəfər yaralandı

agir-qezada-5-nefer-yaralandi
Oxunma sayı: 2292

Hacıqabul rayonu ərazisində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Hacıqabul-Muğan-Udulu avtomobil yolunun 19-cu km-də iki avtomobil toqquşub.

Belə ki, 1976-cı il təvəllüdlü Qulam Zülfəliyevin idarə etdiyi “VAZ 21703” Hacıqabul şəhəri istiqamətində hərəkətdə olarkən əks tərəfdən gələn Mülkəli Hacalıyevin sürdüyü digər “VAZ”a çırpılıb. Nəticədə hər 2 sürücü və sərnişinlər Kamilova Məshəti Nizam qızı, Hacalıyeva Leyla Mülkəli qızı və Ağayev Sahib Həsən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.