Ağsuda yük maşını aşdı - 1 ölü, 1 yaralı + Fotolar

agsuda-yuk-masini-asdi
Oxunma sayı: 1915

Ağsu rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində baş verib.

Yük avtomobilinin aşması nəticəsində Sumqayıt şəhər sakini, 1993-cü il təvəllüdlü Abdullayev Rasim Rüstəm oğlu və Qobu qəsəbə sakini, 1987-ci il təvəllüdlü Rüstəmov Tahir Kamil oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Hər iki yaralı Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

T. Rüstəmovun vəziyyəti ağır olduğu üçün həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli