Aİ-dən bu ölkələrdən gələnlərə qadağa

ai-den-bu-olkelerden-gelenlere-qadaga
Oxunma sayı: 1506

Avropa İttifaqına (Aİ) üzv ölkələr yeni növ koronavirusun “B.1.1.529” ştamının aşkarlandığı 7 Afrika ölkəsindən səyahətləri dayandırmaq qərarına gəliblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Aİ Komissiyasının baş sözçüsü Erik Mamer açıqlama yayıb.

Bildirib ki, Aİ ölkələri Botsvana, Esvatini, Lesoto, Mozambik, Namibiya, Cənubi Afrika və Zimbabveyə səyahətləri məhdudlaşdırılıb.

Qeyd edək ki, Cənubi Afrika və Botsvanada 9 nəfərdə görülən “B.1.1.529” ştamı "super ştam" kimi qəbul edilir və 32 mutasiyaya malik olduğu bildirilir.

Bu varianta qarşı hazırkı peyvəndlərin təsirli olub-olmadığını müəyyən etmək üçün araşdırmalar davam edir.

Bu gün sözügedən yeni ştamın Belçikada bir nəfərdə də aşkarlandığı açıqlanıb.