Aİ ölkələri Ukraynaya yardım paketi üzrə razılığa gələ bilmədi

ai-olkeleri-ukraynaya-yardim-paketi-uzre-raziliga-gele-bilmedi
Oxunma sayı: 1443

Avropa İttifaqı ölkələri Ukraynaya 2023-cü il üçün 18 milyard avroya qədər kredit dəstəyi paketi üzrə razılığa gələ bilməyiblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər ki, bu barədə Aİ Şurasına sədrlik edən Çexiyanın maliyyə naziri Zbinek Stanyura bildirib.

"Təəssüf ki, bütün paketi qəbul edə bilmədik. Lakin məqsədimiz dəyişməz olaraq qalır. Ukraynaya vəsait köçürməyə davam edəcəyik”, -deyə nazir qeyd edib.

O, vurğulayıb ki, Avropa İttifaqı mövcud vəziyyətin həlli yollarını axtaracaq.

Həmçinin, qeyd olunub ki, Macarıstan Ukraynaya yardım paketi ilə bağlı razılaşmanı əngəlləyib.