Aktrisalıq karyerasına son qoyduğuna görə sevinir... - Fotolar

aktrisaliq-karyerasina-son-qoyduguna-gore-sevinir
Oxunma sayı: 2011

Britaniyalı aktrisa və fotomodel Emma Uotson “Vogue” üçün kamera qarşısına keçib. 

“Qafqazinfo” xəbər verir ki, o, aktrisalıq karyerasına son qoyduğuna görə çox sevincli olduğunu bildirib.

Uotsonun sözlərinə görə, bundan sonra o özünü daha azad hiss etməyə başlayıb. Aktrisa etiraf edib ki, bəzən ona gəlirdi ki, oynadığı personajlar özündən daha realdır.

Qeyd edək ki, Uotson artıq 4 ildir filmə çəkilmir. O, diqqətini təhsilinə ayırıb. Bundan başqa, aktrisa qardaşı ilə birlikdə alkoqollu içkilər istehsal edən şirkət açıb.