Alber Elbaz dünyasını dəyişdi

alber-elbaz-dunyasini-deyisdi
Oxunma sayı: 4173

Lanvin və Yves Saint Laurent moda evlərindəki işləri ilə məşhur olan dünya şöhrətli modelyer Alber Elbaz 59 yaşında vəfat edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, dizayner koronavirus səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Mərakeşdə anadan olan Elbaz İsraildə böyüyüb. 1990-cı illərdə Yves Saint Laurent moda evində fəaliyyətə başlayan dizayner 2001-ci ildən Lanvin moda evinin direktoru olub. 14 illik fəaliyyəti dövründə o, əsasən kişi geyimlərini hazırlayan moda evini qadın geyimlərinin istehsalçısıana və Parisin ən prestijli moda evinə çevirməyi bacarıb.

Alber Elbaz Meril Strip, Nikol Kidman, Uma Turman, Demi Mur kimi Hollivud ulduzları ilə çalışıb.