Alla Puqaçova Rusiyaya qayıdıb - Video

alla-puqacova-rusiyaya-qayidib
Oxunma sayı: 4424

SSRİ Xalq artisti Alla Puqaçova Rusiyaya qayıdıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

“O, bu gün axşam saatlarında Pskov vilayətindəki sərhəd keçid məntəqəsindən ölkəyə daxil olub. Daha sonra Puqaçova qara rəngli “Camry”yə əyləşərək yola düşüb”, - məlumatda qeyd olunub.

Bildirilir ki, Puqaçova Rusiyaya tək qayıdıb, əri, komediya ustası Maksim Qalkin (Rusiyada xarici agent kimi tanınıb - red.) onun yanında olmayıb.

Xatırladaq ki, Puqaçova həyat yoldaşı Maksim Qalkin ilə Rusiya-Ukrayna müharibəsindən sonra İsrailə köçüb. Daha sonra müğənninin  İsrail-HƏMAS müharibəsi başlayandan sonra övladları ilə birlikdə Kiprə köçdüyü haqda məlumatlar yayılmışdı.