Almaniya Şengen zonasına səyahət qadağasını bu tarixdə ləğv edəcək

almaniya-sengen-zonasina-seyahet-qadagasini-bu-tarixde-legv-edecek
Oxunma sayı: 2136

Almaniya iyunun 15-dən etibarən Şengen zonasına səyahət məhdudiyyətini ləğv edəcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər naziri Hayko Maas açıqlama verib.

O bildirib ki, məhdudiyyətlər fərdi tövsiyələr ilə əvəz ediləcək.

“Avropa İttifaqı ölkələrinə, Şengen zonasına daxil olan ölkələrə və İngiltərəyə gediş-gəliş məhdudiyyəti bu ölkələrin özündə giriş qadağaları və genişmiqyaslı məhdudiyyətlər olmadığı təqdirdə fərdi tövsiyələr ilə əvəz ediləcək. Bu şərtlər Norveç də daxil giriş məhdudiyyətlərinin uzadılacağı bütün ölkələrə tətbiq olunacaq. Eyni zamanda bu gün parlament dinləmələri zamanı İspaniyaya giriş qadağasının 21 iyun tarixinə qədər uzadılması müzakirə ediləcək”,- deyə nazir bildirib.

Nazirin sözlərinə görə, bu qərar Avropa tərəfdaşları ilə intensiv müzakirələr nəticəsində verilib. “Hazırda Aİ ölkələrində koronavirus epidemiyasının bir çox yerdə yayılmasının nəzarət altına alınması Alman hökumətinin qərarına təsir edib” ,- deyə Maas sözlərinə əlavə edib.