Almaniyada türk əsilli qadın parlamentin vitse-spikeri seçilib

Almaniyada türk əsilli qadın parlamentin vitse-spikeri seçilib
Oxunma sayı: 1603

Almaniyada türk əsilli qadın Aydan Özoğuz Bundestaqın (parlamentin) vitse-spikeri seçilib. 

“Qafqazinfo” “Bir gün”ə istinadən xəbər verir ki, sentyabrın 26-da keçirilən seçkilərdən sonra ilk dəfə toplanan parlamentdə sədr və sədr müavinləri üçün səsvermə keçirilib.

Sosial Demokrat Partiyasından Aydan Özoğuz 727 millət vəkilindən 544-nün səsini toplayaraq parlamentin vitse-spikeri seçilib.

Həmçinin Xristian Demokrat Partiyasından Yvon Magvas, Yaşıllar partiyasından Klaudia Roth, Azad Demokratlar Partiyasından Volfgang Kubicki, Sol partiyadan Petra Pau da parlamentin vitse-spikerləri seçiliblər.

Qeyd edək ki, 1967-ci ildə Almaniyanın Hamburq şəhərində anadan olan Özoğuz 2009-cu ildə millət vəkili seçilib.

Xatırladaq ki, Aydan Özoğuzun adı bu vəzifəyə hallandıqda sosial şəbəkələrdə ona qarşı linç kampaniyası başladılmışdı.

Həmçinin oxuyun: Almaniyada türkiyəli vəkilə qarşı linç kampaniyası aparılır