“Altılığ”ın çempionu - “Qəbələ”

altiligin-cempionu-qebele-
Oxunma sayı: 645

“Qafqazinfo”nun PFL-in saytına istinadən verdiyi məlumata görə, Fatih Kavlakın yetirmələri həlledici 10 qarşılaşmada hamıdan çox – 17 xal toplayıb. “Sumqayıt” isə hamıdan az – 9 xal qazanıb.
“Qəbələ” həm də “Rəvan”la birlikdə final mərhələsinin ən məhsuldar komandaları olublar – hərəyə - 16 qol. Bürünc mükafatçı “İnter” isə cəmi 8 qol vurub.

Final mərhələsində ən yaxşı müdafiəyə “Simurq” malik olub – 7 buraxılmış top. Qapısında 17 qol görən “Kəpəz” isə antirekordçu olub.

“Bakı” və “Qəbələ” hamıdan çox - 5 qələbə qazanıb. Paytaxt təmsilçisi həm də final mərhələsində heç-heçə etməyən yeganə komandadır. “Simurq”un isə 6 heç-heçəsi var. Zaqatala təmsilçisi həm də ən az uduzan komanda olub – cəmi 1 dəfə. Ən az – cəmi 2 qələbə isə “Sumqayıt”ın hesabındadır. “Kəpəz” isə 6 oyunu xalsız tərk edib.
Qeyd edək ki, final mərhələsinin 60 oyununda qapılara 137 qol vurulub.