“Alufar” şirkəti “Rebuild Karabakh” sərgisində - Fotolar

alufar-sirketi-rebuild-karabakh-sergisinde
Oxunma sayı: 1200

Azərbaycanın alüminium fasad sistemlərinin satışında ixtisaslaşmış sənaye şirkəti olan “Alufar” öz məhsullarını Bakı Ekspo Mərkəzində 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisində və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisində nümayiş etdirir.

Qafqazinfo.az xəbər verir ki, bir neçə gün ərzində davam edən sərgidə şirkətin istehsal etdiyi izolyasiyalı qapı-pəncərə sistemləri, alüminium standart profillər, alüminium aksesuarlar, qapı cəftələri, pəncərə qolları, sürmə qolları, transparan cəbhə aksesuarlar və s. məhsullar nümayiş edilir.

Sərginin ən önəmli məhsulu isə Azərbaycanda bu sahədə ilk dəfə “Alufar” şirkətinin istehsal etdiyi eni 2 metr, hündürlüyü 6 metrə qədər olan sürmə qapı sistemləridir. Yeni məhsullar arasında 1600 paskal təzyiqə qədər hava, su, keçirməz sürmə pəncərə sistemləri də sərgi iştirakçılarına nümayiş edilib.

Şirkətin istehsal etdiyi məhsullarla daha yaxından tanış olmaq üçün “Bakı Ekspo Mərkəzi”nə gələrək və ya “Alufar” şirkətinin rəsmi saytına daxil olaraq ətraflı məlumat əldə edə bilərsiniz.