“Anam soruşurdu ki, öləcəyəm?” - Video

anam-sorusurdu-ki-oleceyem
Oxunma sayı: 4890

Xərçəngdən vəfat edən Əməkdar artist Xanım Qafarovanın qızı Gövhər anası ilə bağlı xatirələrini danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, “ATV Səhər”ə müsahibəsində anası ilə heç vaxt doya-doya vaxt keçirə bilmədiyini deyib:

Həmçinin oxuyun: Коротченко подписал фото Пашиняна так ... - “Ильхам Гейдарович, Карабах - это Азербайджан!”

“Anamla bir yerdə çox ola bilmirdik. O, işləri ilə əlaqədar həmişə çəkilişlərdə, xınayaxdılarda, toylarda olduğuna görə mən nənəm və xalamla birlikdə qalırdım. Onun üzünü axşamdan-axşama görürdüm. Həmişə də gələndə məni sevindirmək üçün bir oyuncaq alıb gətirirdi. Anamı qırıq-qırıq xatirələrlə xatırlayıram. Onu yaşım az olanda itirmişəm. Yaşım ötdükcə də anasızlığın necə ağır şey olduğunu çox yaxşı görürəm”.

Gövhər anasının adını yaşadacağını bildirib: “Anam anasını çox sevib, hörmət edib. Ona görə də istəmişdi ki, ilk övladının adı Gövhər olsun. Elə nənənin də adını mənə qoydular. Adımdan çox məmnunam. Gələcəkdə mən də anamın adını yaşadacağam. İnşallah öz ovladıma onun adını qoyaram. Hər zaman da çalışıram ki, onun adına layiqli övlad olum”.

Sənətçinin qızı Gövhər deyib ki, anası daim xəstəliyini ondan gizlədib, amma o uşaq olsa da, bunu hiss edib: “Mənə deyirdi ki, mən ölməyəcəyəm? Mən də düşünürdüm ki, niyə bu sualı verə bilər. Deyirdim ki, yox, niyə ölürsən ki. Deyirdi ki, məni heç vaxt unutmarsan. Deyirdim ki, səni niyə unudum, hara gedirsən ki... O da həmişə hər şeyi gizlədirdi. Amma görürdüm ki, necə ağrıyır”.

Qeyd edək ki, X. Qafarova 2014-cü il iyulun 11-də vəfat edib.