Müdafiə Nazirliyinin Mətbuat xidmətinə rəis təyin olunub.
“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, polkovnik Anar Eyvazov 26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi vəzifəsinə təyinat alıb. Bundan əlavə, ona polkovnik hərbi rütbəsi verilib.
Həmçinin oxuyun: Отправился в Лерик на отдых, упал в овраг и умер - Фото
Qeyd edək ki, bundan əvvəl 8 il nazirliyin Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı olub. V. Dərgahlı 2021-ci ilin sentyabrında vəzifəsindən azad edilərək, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Katibliyinin rəisi təyin edilib.
Həmin vaxtdan etibarən Mətbuat xidmətinin rəis müavini Anar Eyvazov idarə rəisi vəzifəsini icra edirdi.
Sail Ağasəlim
Son xəbərlər
Son Xəbərlər