Ancelina Coli ABŞ-dan köçməyə hazırlaşır

Ancelina Coli ABŞ-dan köçməyə hazırlaşır
Oxunma sayı: 1064

Hollivud ulduzu Ancelina Coli ABŞ-ı tərk edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə aktrisa “Harper's Bazaar”a müsahibəsində deyib.

“Mən başqa ölkədə yaşamaq istəyirəm və yaşayacam da. Uşaqlarımın 18 yaşı tamam olanda ABŞ-dan gedəcəm. İndi isə uşaqların atası (Bred Pitt – red.) hansı ölkədədirsə, mən də orada olmaq məcburiyyətindəyəm”, - deyə Coli bildirib. Ancelina hansı ölkəyə köçəcəyini dəqiq deməsə də, Afrikanın hər zaman onu cəlb etdiyini söyləyib.

Qeyd edək ki, Ancelina Coli ilə Bred Pitt 10 illik münasibətdən sonra 2014-cü ildə ailə qurublar. Cütlük 2 il sonra boşanıb. Onların 3-ü övladlıq olmaqla 6 uşağı var.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi