“Android” istifadəçilərinin bank kartları təhlükə altındadır

android-istifadecilerinin-bank-kartlari-tehluke-altindadir
Oxunma sayı: 1342

Mütəxəssislər tərəfindən “Google Play” proqramlar mağazasında aşkar edilmiş bir neçə mobil proqram istifadəçilərin smartfonuna zərərverici proqram təminatı yükləyir.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, “BankBot” adlı fırıldaqçı proqram təminatının mobil versiyası geniş yayılıb.

Bu fırıldaqçı proqram təminatının izləri “Tornado FlashLight”, “Lamp For DarkNess” və “Sea FlashLight” mobil tətbiqləri, həmçinin smartfonun yaddaşının təmizlənməsi üçün alətlərdə aşkar edilib.

Quraşdırmadan sonra proqram qurğudakı tətbiqləri təhlil edir və bank xidmətlərinin aşkar edilməsi zamanı inzibatçı hüquqlarını sorğu eləyir. Bundan sonra yeniləmə bəhanəsi adı altında gizli rejimdə “BankBot” tətbiqi yüklənir.

Bank proqramını işə salarkən troyan şəxsi kabinetə daxil olmaq üçün loqin və parolu daxil etməkdən ötrü saxta pəncərə əks etdirir. Bundan sonra hakerlər qurbanın bank hesabına müdaxilə edirlər.

Ekspertlər müəyyənləşdiriblər ki, yalnız proqramların naməlum mənbələrdən quraşdırılmasına icazə verildiyi halda zərərverici mobil tətbiqin yüklənməsi baş verir.