Antalyada bağ evi yanan Tuğba iflic keçirdi - Video

antalyada-bag-evi-yanan-tugba-iflic-kecirdi
Oxunma sayı: 5783

Dünən Antalyanın Manavqat bölgəsində başlayan meşə yanğınları yaşayış yerlərinə çatıb.

“Qafqazinfo” xəbər verir ki, yanğın nəticəsində keçmiş maniken Tuğba Özayın da bağ evi zərər görüb.

Yanğının başladığını görən Özay təcili olaraq Antalyaya yola düşüb və sosial media hesabından ağlayaraq kömək istəyib. O, lentə aldığı videoda göz yaşlarına boğularaq bağ evinin yandığını deyib və bütün dövlət nümayəndələrindən kömək istəyib.

Bununla yanaşı, baş vermiş hadisəyə ürəyi tab gətirməyən eks-model iflic keçirib və xəstəxanaya çatdırılıb.

Özay öz instaqram hesabında son vəziyyəti ilə bağlı məlumatı izləyənləri ilə paylaşıb:

“Dostlar, mən iflic keçirdim. Yandı, hər yer yandı. Bağ evimiz, evimiz - hər şey yandı. Dünəndən bəri yalvarıram. Dəstək istəyirəm. Yandı, hər yer yandı. Mən beləyəm, iflic keçirdim”, - deyə model bildirib.

Qeyd edək ki, 2015-ci ildə Manavqatda başlayan yanğın Tuğba Özayın bağ evinə yaxınlaşsa da, yanğınsöndürənlər alovların ora çatmasına mane olmuşdu.