Aprel döyüşləri qazisi vəfat etdi - Foto - Yenilənib

aprel-doyusleri-qazisi-vefat-etdi
Oxunma sayı: 2223

Aprel döyüşlərinin iştirakçısı, qazi Ramin Süleyman oğlu Hümbətov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, R. Hümbətov 5 gün öncə ağır vəziyyətdə gətirildiyi Lənkəran Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, Ramin Hümbətov 2016-cı ildə Aprel döyüşlərində Lələtəpə uğrunda gedən döyüşlərdə yaralanmışdı.

***

TƏBİB-dən bildirilib ki, sentyabrın 7-si saat 20:30 radələrində 1985-ci il təvəllüdlü (kişi cinsli) şəxs beyin kötüyünə qansızma diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Pasiyent tibb müəssisəsinə komatoz vəziyyətdə daxil olub, huşu aydın olmayıb, səs və ağrı qıcıqlarına reaksiya göstərməyib. Dərhal Reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs dəstəyi ilə təmin olunub, zəruri instrumental müayinələrdən keçirilib.

Paytaxtdan dəvət olunan 3 təxliyə qrupu pasiyentin təxliyə prosesini riskli qiymətləndirib.

Həkimlərin çoxsaylı səylərinə və aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, 12.09.2025-ci il tarixində saat 05:00 radələrində bioloji ölüm faktı qeydə alınıb”, - məlumatda qeyd olunub.