Araz Abdullayev Kipr klubunda

araz-abdullayev-kipr-klubunda
Oxunma sayı: 1908

Azərbaycanlı futbolçu Araz Abdullayevin yeni klubu müəyyənləşib.

“Qafqazinfo” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 29 yaşlı Kiprin “Etnikos” klubuna keçib.

Məlumata görə, Arazla bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Araz Abdullayev son olaraq Türkiyənin “Boluspor” klubunda çıxış edib.