Arif Hacılının müavini də təltif olundu

arif-hacilinin-muavini-de-teltif-olundu
Oxunma sayı: 2622

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Vətən müharibəsində döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən hərbçilərin təltif olunması ilə bağlı sərəncamlar imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, təltif olunanlar arasında Müsavat başqanının müavini Fərəc Kərimli də var.

Prezidentin sərəncamı ilə partiya üzvü "Vətən uğrunda" medalına layiq görülüb.

Bundan başqa, jurnalist Xədicə İsmayılın şəhid qardaşı oğlu İsmayılov Rövşən də təltif olunub. Şəhidimiz ölümündən sonra "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.