Artur Rasizadədən bələdiyyələrlə bağlı- - Mühüm qərar

artur-rasizadeden-belediyyelerle-bagli-
Oxunma sayı: 5421


“Qafqazinfo” xəbər verir ki, Nazirlər Kabinetindən lent.az-a verilən məlumata görə, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanunun tətbiqi barədə” ölkə prezidentinin sərəncamına əsasən, bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün Ədliyyə Nazirliyinin (komissiyanın sədri), Maliyyə Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yerli nümayəndələri, müvafiq yerli icra hakimiyyəti orqanının və bələdiyyənin (o cümlədən, birləşən və ləğv edilən bələdiyyələrin) hər birindən bir nümayəndə daxil edilməklə, müvafiq komissiyalar yaradılır. 

Komissiyaların fərdi tərkibinin təsdiq edilməsi üçün Maliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və rayon icra hakimiyyəti orqanları, habelə birləşən bələdiyyələr 5 gün müddətində öz nümayəndələri barədə təkliflərini Ədliyyə Nazirliyinə təqdim etməlidirlər.