Arvadı öldü, qorxudan meyiti gizlətdi- - Bakıda

arvadi-oldu-qorxudan-meyiti-gizletdi-
Oxunma sayı: 3811


S.Bedni küçəsində yaşayan 1953-cü il təvəllüdlü Araz Abizadənin evindən pilləkənlərin altından qadın meyiti tapılıb.

Rusiya vətəndaşı 1970-ci il təvəllüdlü Qalina Leonidovna Korçaqinin çürümüş cəsədi palaza bükülmüş formada tapılıb.

Araşdırma zamanı A.Abizadə deyib ki, 2014-cü ilin dekabrın 26-da Q.Korçaqina onun evində qəflətən ölüb. O da qorxudan polisə məlumat verməyərək meyiti palaza bükərək gizlədib.

Sabunçu Rayon Prokurorluğunun müstəntiqi Ceyhun Hümbətov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ekspertiza təyin edilib: “Hələ ki, meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb. Kimyəvi ekspertizanı rəyindən sonra qiymət verəcəyik”. 

Məlumata görə, A.Abizadə və Q.Korçaqin hər ikisi içki düşkünü olub. Son 3-4 ili ər-arvad kimi bir yerdə yaşayıblar. 

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd