Arvadını və qızlarını öldürən ata həbs edildi

arvadini-ve-qizlarini-olduren-ata-hebs-edildi
Oxunma sayı: 8137

Salyandakı tükürpədici cinayəti törədən ata və oğlu həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gün səhər saatlarında qətli törədən Fərhad Əliyevlə oğlu Fəqan Əliyev  polis tərəfindən saxlanılıblar.

Qeyd edək ki, hadisə 2014-cü ildə baş verib. Evin xanımı Mehparə Nadir qızı Əliyeva dörd qızı (İradə, Rəqibə, Sevda və Ümidə) ilə birlikdə ailə başçısı Fərhad Əliyev tərəfindən qətlə yetirilib.

Daha sonra cəsədləri həyətdə basdırılıb.