Avropa Liqasının pley-off mərhələsində ötən gün İngiltərənin “Nottinqem Forest” klubu ilə qarşılaşan “Fənərbaxça” azarkeşləri stadionun oturacaqlarını qırıb.
“Qafqazinfo” xəbər verir ki, istanbullu tərəfdarlar komandalarının 2:1 hesablı qələbəsinə baxmayaraq mərhələni keçməməsinə əsəbiləşib.
Buna görə onlar ingilis təmsilçisinin stadionu olan “Siti Qraund”un oturacaqlarını sındırıblar.
Tərəfdarlarının etdiklərinə görə UEFA İstanbul klubunu cərimələyəcək.
Qeyd edək ki, ilk görüşdə 0:3 hesabı ilə uduzan “Fənərbaxça” Avropa Liqasının pley-off-unda mübarizəni dayandırıb.

Son xəbərlər
Son Xəbərlər