Atəşkəsdən sonra ilk dəfə İsrail mövqelərinə zərbələr endirdilər

ateskesden-sonra-ilk-defe-israil-movqelerine-zerbeler-endirdiler
Oxunma sayı: 1795

Hizbullah hərəkatı bu gün atəşkəs razılaşmasından sonra ilk dəfə olaraq Livanın sərhəd kəndi Kfar Şuba bölgəsində İsrail ordusunun mövqelərinə hücum etdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Əl-Mənar” telekanalı məlumat yayıb.

Hərəkat onların hərəkətlərinin İsrailin atəşkəs razılaşmasını dəfələrlə pozmasına cavab olduğunu qeyd edib.

Xatırladaq ki, noyabrın 27-də İsrail və Livanın “Hizbullah” hərəkatı arasında atəşkəs razılaşması qüvvəyə minib.