“Atletiko” Ardanı “Qalatasaray”a qaytarır

atletiko-ardani-qalatasaraya-qaytarir
Oxunma sayı: 689

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu futbolçular arasında yayda “Qalatasaray”dan 12 milyon avro müqabilində transfer olunan Arda Turan da var. Əgər futbolçuya müştəri tapılmazsa, “Atletiko” onu “cimbom”a geri vermək istəyir.

Qeyd edək ki, klubun borcu 215 milyon avroya çatıb. Hətta Arda Turanın transfer pulunun cəmi 2 milyon avrosunu ödəyən klub, bu ay verməli olduğu 2 milyon avro üçün də “Qalatasaray”dan möhlət istəyib. Məbləğin ödənmədiyi hər gün ona 2000 avro gecikmə faizi əlavə olunur.

Ceyhun Əhmədov