“ATV-nin prezidenti dedi ki, veriliş yayımlanmayacaq”- - Xoşqədəm

atv-nin-prezidenti-dedi-ki-verilis-yayimlanmayacaq-
Oxunma sayı: 9454


“Çox təəssüf edirəm ki, bu gün doğma kanalım haqda danışacağam. Beş il öncə layihəm ilə müxtəlif kanallara müraciət etdim və tanınmış sima olmadığım üçün məni qəbul etmədilər. “ATV” isə mənə inandı və layihəmlə tanındım. Bu gün həmkarlarımdan biri dedi ki, düşünürəm ki, bu söhbətlər piarla bağlıdır. “Səni axtarıram” müqəddəs layihədir. Veriliş haqda sosial şəbəkələrdə müxtəlif fikirlər yazılırdı. Mən hər kəsə başa salırdım ki, bu, müqəddəs layihədir,  5 il bütün gücümü “ATV”yə, “Səni axtarıram”a sərf etmişəm. Daha sonra dost kanallarından birində mənim verilişim formasında proqram efirə getdi. Gedib “ATV” rəhbərliyinə yaxınlaşdım və verilişin müəllif hüquqlarını əldə etmək istədiyimi bildirdim. Daha sonra Müəllif Hüquqlarına müraciət etdik, amma müəllif hüquqlarını mənə vermədilər. Bu mənim qüruruma toxundu". 

Xoşqədəm Baxşəliyeva bu məsələdə birbaşa ATV-nin prezidenti Vüqar Qaradağlını ittiham edib:

“Yalana nifrət edirəm. Dəfələrlə “ATV”dən getmək istəyirdim. Üç il “ANS”dən gələn təkliflərə yox demişəm.  “ATV” mənə doğma kanaldır, yenidən orada işləyə bilərəm. Yanvarın əvvəlində Vüqar Qaradağlı ilə söhbətimiz oldu. Mənə dedi ki, istəyirəm layihəni yayımdan qaldırım. Əvvəl sezonun axırında verilişi bağlamağa razılaşdıq. Daha sonra məni çağırıb dedi ki, mənə tapşırıblar ki, “Səni axtarıram” efirə getməməlidir. Dedim ki, onda ərizə yazacaqsanız ki, bu layihə Xoşqədəmə aiddir. Yeni verilişə başlamağım üçün o ərizəni mənə vermədi. Bu layihə mənə aiddir. Burada  yüzlərlə insanın ümidi, göz yaşı var. Mənə dedi ki, get başqa kanalda layihəni davam etdir, belə bir veriliş yayımlanmayacaq. Təbii ki, inanmadım. Və verilişin hüquqlarını  göstərən şəhadətnaməni Müəllif Hüquqları Agentliyindən ala bildim”.

***

 X. Hidayətqızı Zaur Baxşəliyevlə problemi olması haqda  yayılan xəbərlərə də münasibət bildirib:

“Mən fərdlər haqda danışmayacam. Burada söhbət müqəddəs layihədən gedir. Ancaq bu haqda danışmaq istəyirəm”. 

O, proqramda yeyinti olması ilə bağlı xəbərlərə də toxunub:

 ““Səni axtarıram” zavoddur ki, yeyinti olsun?  Orada nə qazanılıb, hansı reklamlar verilib xəbərim olmayıb. Pul haqq hesablarından xəbərim olmayıb. Atam mənə tapşırıb ki, hər zaman evinə halal pul gətir. Haram pul qazanmamışam. Mən komandamla “ANS”ə getmişəm. Heç bir əməkdaşımı dəvət etməmişəm. Onlar öz istəkləri ilə mənim yanıma gəldilər. Verilişin dekorasiyası və formatı dəyişəcək”. 

Könül