Avropa Məhkəməsi Türkiyəyə qarşı qərarı ləğv etdi

avropa-mehkemesi-turkiyeye-qarsi-qerari-legv-etdi
Oxunma sayı: 5004

Avropa Məhkəməsi Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı Ermənistanın Türkiyəyə qarşı verdiyi şikayət üzrə Türkiyəyə tətbiq etdiyi müvəqqəti xarakterli tədbirləri ləğv edib.

“Qafqazinfo” xəbər verir ki, sözügedən qərarla bağlı qurumun rəsmi veb-saytında yazılı açıqlama yerləşdirilib.

Açıqlamada bildirilib ki, Ermənistan 4 oktyabrda Dağlıq Qarabağla bağlı Türkiyəyə qarşı tədbir tədbirlərinin görülməsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

Məhkəmə 6 oktyabr tarixində Dağlıq Qarabağdakı qarşıdurmada iştirak edən tərəflərə birbaşa və ya dolayı yolla mülki şəxslərin hüquqlarının pozulmamasına çağırış edərək Türkiyəyə qarşı müvəqqəti xarakterli tədbirlərin tətbiq edilməsi ilə bağlı qərar qəbul edib.

Bundan sonra Türkiyə, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan 9 noyabr (10 noyabr) tarixli atəşkəs razılaşmasına istinad edərək verilmiş əmrin ləğvi üçün məhkəməyə müraciət edib.

Məhkəmə 1 dekabrda Türkiyə tərəfindən verilən məlumatlar əsasında yenidən qiymətləndirilmə apararaq sözügedən tədbirlərin ləğv edilməsinə qərar verib.