Avropa oyunları zamanı bu işlər qadağandır- - Diqqətli olun

avropa-oyunlari-zamani-bu-isler-qadagandir-
Oxunma sayı: 8208


“Paytaxtın inzibati ərazisindəki 9 məntəqə və lazımı yollar, onlarla kəsişən küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Bunları nəzərə alaraq, vətəndaşlara Avropa Oyunları zamanı şəxsi avtomobillərindən istifadə etməməyi tövsiyə edirik. Vətəndaşların rahatlığını təmin etmək üçün xüsusi müasir avtobuslar xidmətə buraxılacaq. Onlardan səmərə liistifadə olunmalıdır”, - deyə Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, həmin dövrdə təmir bərpa işlərinin, kommunal təsərrüfat işlərinin görülməsi ancaq gecə saatlarda reallaşa biləcək. Gündüzlər bu işlərə qadağa qoyulacaq.

“Apteklərə dərman ləvazimatlarının paylanması, ərzaq dükanlarına malların verilməsi də yalnız gecə saatlarında olacaq. Həm dükan sahiblərinə, həm topdansatış mərkəzlərinin rəhbərlərinə, həm də istehsalçılara tapşırılacaq ki, məhsulların daşınmasını yalnız gecə saatlarında həyata keçirsinlər”.

Qurum rəsmisi bildirib ki, bir çox şirkətlərə xüsusi tövsiyələr veriləcək: “Özəl şirkətlərin rəhbərlərilə də əlaqə saxlanılacaq ki, mümkün dərəcədə həmin vaxt işçiləri məzuniyyətə, yaxud ezamiyyətə göndərsinlər. Yük daşınması ilə məşğul olanlar da, çalışıb işlərini həmin günlərə qədər yekunlaşdırsınlar. Əslində bizim beynəlxalq tədbir keçirmək təcrübəmiz var. İnanıram ki, bu dəfəki tədbirdə də, üzümüz ağ olacaq”.