“Ayağını aşağı sal, hələ tezdi...” - Damlaya canlı yayımda irad

ayagini-asagi-sal-hele-tezdi
Oxunma sayı: 10875

ARB TV-də yayımlanan “Səhər-səhər” verilişinin aparıcısı Əli Mirəliyev müğənni Damlaya canlı yayımda irad tutub.  

“Qafqazinfo” xəbər verir ki,  Mirəliyev efirdə müğənni haqqında öz fikirlərini səsləndirib.  O, danışarkən Damlanın oturuş qaydasına etiraz edib:

“Damla dedi ki, anadangəlmə saçlarım var, azərbaycanlı xanımlara xas olan görünüşü var. Bundan xoşum gəldi. Yəni demək istəyirəm ki, çox gözəldir. Amma ayağını üstdə qoyma, aşağı sal, hələ tezdi.  Qızım, istəyirəm ki, həyatda hörmətin bir az da artsın”.