“Ayaks” 6 əsas oyunçusunu Bakıya gətirmədi

ayaks-6-esas-oyuncusunu-bakiya-getirmedi
Oxunma sayı: 764

Niderlandın “Ayaks” klubu Çempionlar Liqasının 6-cı turunun Bakıda “Qarabağ"la oyununda 6 futbolçunun xidmətindən istifadə edə bilməyəcək.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, Kennet Teylor, Vout Veqhorst, Yosip Şutalo, Ceyms Makkonnell, Cerald Aalders və Stiven Berqhuis qarşılaşmanı buraxacaq. 

Onların Bakıya gətirilmədiyi bildirilir. 

Qeyd edək ki, “Qarabağ” – “Ayaks” matçı dekabrın 10-da saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək.