Aygün 51-ci doğum günündə də bu ənənəsini pozmadı... - Video

Aygün 51-ci doğum günündə də bu ənənəsini pozmadı...
Oxunma sayı: 5100

Bu gün Xalq artisti, pop-diva Aygün Kazımovanın 51 yaşı tamam olur.

“Qafqazinfo” xəbər verir ki, sənətkar ənənəsinə sadiq qalaraq, öz doğum günündə pərəstişkarlarını sevindirib.

O, son buraxdığı “Я в Нирване” rusdilli albomunda yer alan eyniadlı mahnısına çəkdirdiyi klipini təqdim edib.

Mahının sözləri Maksim Qredinə, musiqi isə Vladimir Stukova məxsusdur. Klipin rejissoru Əli Abbasovdur.

Qeyd edək ki, A.Kazımovanın doğum günü münasibətilə bu axşam paytaxtdakı məkanların birində “Diva party” təşkil olunacaq. Karantin qaydalarına riayət olunaraq keçiriləcək tədbirdə müğənninin komandası və ən yaxın sənət dostları iştirak edəcək.

Həmçinin oxuyun: Bakıda Aygün Kazımovanın adına bağ salındı - Fotolar