“Qafqazinfo” xəbər verir ki, xalq artisti Aygün Kazımova məsələ ilə əlaqədar publika.az-a açıqlama verib. O, müxbirin sualını düzgün başa düşmədiyini, anlaşılmazlıq yarandığını və elə bu səbəbdən də ortaya yanlış cavab çıxdığını bildirib:
“Elnur və Samir mənim çox sevdiyim müğənnilərdir. Müxbirin sualını tam anlamadım. Elçin Hüseynov, Anar Hüseynov, Elnur Hüseynov... Hüseynovlar başımı qatdı. Bu səbəbdən belə alındı. Kimdən söhbət getdiyini tam anlamadım. Elnur Hüseynov və Samir Cavadzadə “Eurovision”da ölkəmizi təmsil edən yeganə və mənim aləmimdə ən uğurlu çıxışçılardır. Onların sənətlərinə sonsuz hörmətim var. Onları sevirəm, onlar mənim canlarımdır”.
Son xəbərlər
Son Xəbərlər