Ayrıldıqdan sonra ilk dəfə - Fotolar

ayrildiqdan-sonra-ilk-defe
Oxunma sayı: 2727

Dünyaca məşhur cütlük Bredli Kuper və İrina Şeyk ayrıldıqdan 1 il sonra birlikdə görüntüləniblər.

“Qafqazinfo” xəbər verir ki, hər iki tanınmış sima Nyu-Yorkda qızları Leya ilə gəzərkən paparrassilər tərəfindən lentə alınıblar.

Sözügedən fotolardan sonra İrina və Bredlinin pərəstişkarları barışıq barədə ümidləniblər. Lakin məlum olub ki, tərəflər ayrılıqdan sonra dost kimi münasibətlərinə davam ediblər. Eyni zamanda, qızlarının qəyyumluğunu da hüquqi yolla yox, öz aralarında həll ediblər.

Qeyd edək ki, cütlük 2015-ci ildə sevgili olub, 2019-cu ildə ayrılıq qərarı alıb.