Aysel Teymurzadənin əri ilə selfisi...

aysel-teymurzadenin-eri-ile-selfisi
Oxunma sayı: 8665

“Eurovision - 2009” təmsilçimiz Aysel Teymurzadənin sosial şəbəkədə yeni fotosu paylaşılıb.

Qafqazinfo” xəbər verir ki, fotonu “Eurovision 2011” qalibi Nigar Camal öz şəxsi hesabında izləyiciləri ilə bölüşüb.

Müğənni Aysel və həyat yoldaşı Murad Adıgözəlovla selfi çəkdirib. O, yayımlanan şəkilə “Avroviziya hər yerdə” şərhini yazıb.

Nigar Camal Londona uçduqlarını qeyd edib.

Fotodan məlum olur ki, Teymurzadə ana olduqdan sonra xeyli çəki atıb.

Qeyd edək ki, sənətçi Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadə ilə 2013-cü ildə evlənib.

Cütlüyün 3 övladı var.