Azad Cəfərliyə yeni vəzifə verildi

azad-ceferliye-yeni-vezife-verildi
Oxunma sayı: 11094

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Azad Cəfərliyə Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifə verilib.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, A.Cəfərli nazirliyin Aparat rəhbəri təyin edilib.

Qeyd edək ki, Azad Cəfərli 3 il Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi işləyib.

Xidmətin ondan əvvəlki rəisi hazırda həbsdə olan Zakir Sultanov olub.

A.Cəfərli bu ilin mart ayında Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.

Sail Ağasəlim